Küləkli hava nə qədər davam edəcək? – AÇIQLAMA

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda müşahidə olunan güclü külək gün ərzində davam edəcək.

Bunu AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, hazırda Bakıda gecə saatlarından başlayaraq güclü şimal-qərb küləyi əsir:


“Qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti bu gün gün ərzində davam edəcək. Paytaxtda güclü şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti saniyədə 15-20, bəzi yerlərdə isə 25-30 metrədək güclənəcək. Bölgələrdə yağış yağacaq, ayrı-ayrı yerdə yağıntılar intensiv xarakterli olacaq”.

Teqlər: