Martın 28-i saat 10:00-a olan məlumata əsasən qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidmətindən AzerTimes-a verilən
məlumata görə, qərb küləyi arabir Şəkidə 25 m/s, İsmayıllı,
Qobustanda 24 m/s, Göyçay, Naftalan, Daşkəsəndə 20 m/s, Ağsu,
Şabran, Gədəbəydə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtər, Bərdə,
Qəbələ, Qubada 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28
m/s, Maştağada 20 m/s, Neft Daşları, Çilov adası, Binədə 19 m/s,
Sumqayıtda 18 m/s, Pirallahıda 17 m/s-dək güclənib. Neft Daşları
stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.9 metrə
çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti 30-u
gündüzədək davam edəcək.
Martın 28-də müşahidə olunan şimal-qərb küləyi 29-da cənub-qərb
küləyi ilə əvəz olunacaq, küləyin maksimal sürəti 15-20 m/s,
ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.