Külək olmadan sərinlə: WindFree™ həyatımıza necə təsir edir?

Külək olmadan sərinlə: WindFree™ həyatımıza necə təsir edir?

Yay fəsli gəldikdə insanlar istirahətdən əlavə, həm də “Kondisioner qripi”nə də tutulmamaq haqqında düşünür. Çünki restoranlar, kafelər, kitabxanalar, ticarət mərkəzləri müştərilərin rahatlığı üçün kondisionerləri işlək vəziyyətə gətirirlər. Bu hal, həm də evə aiddir. Və son dövrlər pandemiyanı və qriplə bağlı daha çox xəstələnməni və insanlarda immunitet sisteminin zəifləməsi “Kondisioner qripi”ni daha da çoxaldıb. Belə olan halda COVİD-19-a yoluxmağı daha asanlaşdırır.

Bütün bunlara baxmayaraq insanlar yeni yollar axtarışından çəkinmir. İnqilabçı texnologiyalar smartfonlar, kompyuterlərdən artıq kondisionerlərə də keçid edib. Cənubi Koreya nəhəngi Samsung WindFree™ texnologiyası ilə böyük sıçrayış edərək öz yaratdıqları kondisionerlərdə istifadə etməyə başladı. Bununla da, küləksiz soyutmadan yararlananlardan oldu.

Sərinliyi bərabər səviyyədə bölmə və küləksiz sərinlətmə

  • – 0,15 m/s sürəti aşmayan hava axınıdır. Bu rejimi aktiv etdikdə sərin havanı məkanın hər bir nöqtəsinə eyni səviyyədə bölməyə kömək edir. Çox güman siz də, iş yerləri və ya digər yerlərdə şahid olmusunuz ki, otaqda quraşdırılan kondisionerlər bir nəfərə daha çox sərin vurur, digərinə isə çox zəif (əyləşdiyiniz yerdən aslı olaraq). WindFree™ texnologiyası bu problemi kökündən həll edir.

WindFree™ texnologiyasından küləkdən istifadə olunmaması gənc valideynlərə də böyük köməyi dəyir. Çünki onlar artıq övladlarına soyuq dəyəcəyindən narahat olmurlar.

Qənaət və sakitlik

Kondisioner sevənlərə daha bir xoş xəbər. Yəqin ki, siz də fikir versiniz ki, Yay-da elektrik enerjisinə digər fəsillərə nisbətən daha çox ödəniş çeki gəlir.Bunun da əsas səbəbi əlavə olaraq evdə daim kondisionerin işlək vəziyyətdə olmasıdır.Amma WindFree™ texnologiyası ilə elektrik enerjiyə nə az, nə çox, düz 77% qədər qənaət etmiş olursunuz.

Kondisionerlər nəinki enerjiyə qənaət edir, hətta çox sakitdir. Onun diapazonu 22 dB-dən 38 dB-ə kimidir. Bu aralıq hətta saat əqrəbinin səsindən daha aşağıdır. Yay fəslində sizi isti havadan əlavə səs də narahat etməyəcək. Siz Sleep Mode seçərək daha rahat yuxunuzu ala bilərsiniz. Çünki bu rejimdə özü əvvəlcə temperaturu salır ki, siz tez yuxuya gedəsiniz deyə və yuxuya gedəndən sonra temperaturu qaldırraraq yuxu keyfiyyətinizi artırır.

Korroziya və bakteriyalar olmayacaq

Təəsüf ki, kondisionerlərin çoxdu böyük ölçüdə bakteriya toplayır və onu hava ilə birlikdə qaytarır. Amma WindFree™ texnologiyası ilə bu mümkün deyil. Xüsusi filtr nəinki müxtəlif ölçüdə olan tozların qarşısını kəsir? həmçinin bakteriyaların içəri daxil olmasına imkan yaratmır. Bu filtrin adı – PM1.0-dır. Elmi tərəfdəndən də sübut olunub ki, həmin tozların içində müxtəlif xəstəliklərə və COVİD 19-a yol aça bilən bakteriyalar var.

Samsung WindFree™ texnologiyası təzyiqdən çəkinmir. Çünki şirkətin mühəndisləri özünümüdafiə bloku da quraşdırıblar. Həmin blok korroziyanın yaranmasının qarşısını alır. Samsung şirkəti nəinki daxili gücə, həm də xarici görünüşə də xüsusi diqqətlə yanaşır. Ona görə WindFree™ texnologiyası xeyrindən əlavə xüsusi dizaynı ilə də seçilir.

Uzaqdan idarəetmə və avtorejim

Ən bəsit izah – siz yay fəslində isti sizi haldan sala-sala evə tələsirsiniz ki, komfort və sərin yerdə dincələsiniz. Və nəzərə almaq lazımdır ki, biz evdə olmayanda kondisioneri təhlükəsizliyə görə söndürürük.Amma siz SmartThings™ mobil əlavəsi vasitəsi ilə uzaqdan idarə edib, yandıra və istədiyiniz rejim və hərarət saxlaya bilərsiniz.

Bundan əlavə, WindFree™ texnologiyası öz sahibini tanıyır. AI Auto Cooling proqramı vasitəsi ilə sizin iqlim vərdişlərinizi avtomatik olaraq dəqiq təyin edərək sizin istihət etmənizi təşkil edir.

Samsungun WindFree™ texnologiyası haqqında daha ətraflı məlumat almaq üçün:

Samsung Azerbaijanın rəsmi saytında- : https://www.samsung.com/az

Feysbuk: https://www.facebook.com/SAMSUNGAZERBAIJAN

İnstaqram: https://www.instagram.com/samsungaze/

Teqlər: