Külək nəticəsində avtomobilə, evlərə dəyən zərəri kim ödəməlidir? – AÇIQLAMA

Xəbər - Humay Ağacanova -Trend:

Bakıda ötən gün başlayan güclü külək bir sıra fəsadlar törədib. Külək nəticəsində 100-ə yaxın iri budaq və ağac aşıb. Aşan ağaclar 10 avtomobilə zərər vurub. Bir neçə binanın damı və fasadı uçub.

Bəs güclü külək səbəbindən daşınmaz əmlaka və ya avtomobilə dəyən zərər sığorta təminatına daxildirmi?

Sığorta mütəxəssisi Əli Bayramov məsələ ilə bağlı AzerTimes-a açıqlamasında bildirib ki, istər avtomobillər üçün, istərsə də daşınmaz əmlak üçün küləyin vurduğu ziyan adətən sığorta təminatına daxil edilir.

“Bəzi hallarda, xüsusilə daşınmaz əmlakların sığortlanmasında küləyin sürət həddi nəzərə alınır. Əgər külək müəyyən edilən sürət həddinə çatmayıbsa, bu halda əmlaka dəyən zərər sığortalanmaya daxil edilmir. Külək Bakıya xas bir təbiət hadisəsidir. Bu səbəbdən insanlar mütləq şəkildə küləyin törədə biləcəyi riskləri nəzərə almalıdırlar” – deyə o qeyd edib.


Mütəxəssis həmçinin bildirib ki, avtombillərdə bununla bağlı vəziyyət fərqlidir:

“Avtomobillərə zərər dəyən zaman küləyin isə surəti nəzərə alınmır. Külək nəticəsində istər ağac, istərsə də hər hansı başqa bir predmetin avtomobilin üzərinə düşərək fəsad törətməsi sığorta təminatına daxil edilir.”

Teqlər: