Hacıqabulda keçmiş məhkum “patı” satarkən yaxalandı

Xəbər - Samir Əli – Trend:

Hacıqabul rayonunda keçmiş məhkum “patı” satarkən yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ehtibar Kərimov saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı bir bükümdə “patı” və “şüşə” kimi tanınan psixotrop maddə – metamfetamin aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən E.Kərimovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi 2 oğurluq faktı da üzə çıxıb. Belə ki, saxlanılan şəxsin rayon ərazisində evlərin birindən müxtəlif növ məişət əşyaları və tikinti materialları, digərindən isə bir ədəd velosiped oğurladığı müəyyən edilib.


Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Teqlər: