Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə D.Kuleba X hesabında yazıb.
O bildirib ki, görüşdə ən qısa zamanda Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri və raketləri çatdırmaq üçün birgə qlobal səylər müzakirə olunub:
“Mən Blinkenin lazımi qərarların qəbul edilməsində verdiyi dəstəyi yüksək qiymətləndirirəm. Hər ikimiz ABŞ Konqresinin Ukraynaya əlavə yardım paketini qəbul etməsinin təcili olduğunu vurğuladıq”.