Anbarları açın və “Patriot”ları Ukraynaya göndərin – Borrell

Anbarları açın və “Patriot”ları Ukraynaya göndərin – Borrell

Avropa ölkələri “Patriot” sistemlərini ehtiyatdan çıxarıb Kiyevə göndərməlidir.

AzerTimes xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

“Biz yalnız ABŞ-a arxalana bilmərik, həm də məsuliyyəti öz üzərimizə götürməliyik. Bizdə “Patriot” var, raket əleyhinə müdafiə sistemlərimiz var, onları anbarlarımızdan çıxarıb müharibənin gücləndiyi Ukraynaya göndərməliyik. Bunu tez edin”, – Borrell bildirib.

Teqlər: