Kubada mehmanxanada partlayışda ölənlərin sayı 32 nəfərə çatıb

Kubanın Havana şəhərinin mərkəzində “Saratoqa” mehmanxanasında
partlayış nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “EFE” agentliyi Beynəlxalq
Qırmızı Xaçın Komitəsinə istinadən bildirib.

Daha 80 nəfər xəsarət alıb. Bundan əlavə, 19 nəfər itkin düşmüş
hesab edilir.

Qeyd edək ki, partlayış mayın 6-da baş verib. Təmir işləri
aparılan mehmanxananın binasına çoxlu ziyan dəyib, fasadın bir
hissəsi uçub. Bildirilib ki, məhmanxanada təmir işləri
aparılıb.