Kubada baş verən iğtişaşlar zamanı 36 yaşlı kişi həlak olub.
AzerTimes-ın xəbər verir ki, bu barədə Kubanın xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, sözügedən şəxs Havananın Arroyo-Naranho rayonunda polis əməkdaşlarına edilən hücum zamanı ölümcül yaralanıb.
Bildirilir ki, toqquşmalardan sonra etiraz aksiyasının bir neçə iştirakçısı saxlanılıb.
Qeyd edək ki, Kubada iyulun 11-dən dövlətə qarşı etiraz aksiyaları başlayıb.