Kanada “Tokio-2020″yə 371 idmançı göndərir

Kanada Tokio Yay Olimpiya Oyunlarına 371 idmançı göndərəcək.

AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Olimpiya Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, Olimpiya iyunlarına gedəcək komanda 225 qadın və 146 kişi idmançıdan ibarətdir. Bu, 1984-cü ildən bəri Kanadanın Yay Olimpiya Oyunlarına göndəridiyi ən böyük nümayəndə heyətidir. 1984-cü ildə Kanada Los-Ancelesdə keçirilən Olimpiya oyunlarında 408 idmançı göndərmişdi.


Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Teqlər: