Kuba Prezidenti Migel Dias-Kanel Moskvaya gəlib, onun təyyarəsi paytaxtın hava limanlarından birinə enib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Kuba liderinin mayın 9-da Qırmızı Meydanda keçiriləcək Qələbə paradına qatılacağı gözlənilir. Dias-Kanel mərasimdə iştirak etdikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Rusiya və Kuba lideri çoxşaxəli ikitərəfli əlaqələrin bütün spektrini müzakirə edəcək. Danışıqlar iki raundda baş tutacaq: əvvəlcə dar tərkibdə, sonra nümayəndə heyətləri prezidentlərə qoşulacaq”, – məlumatda deyilir.