Xəbər - Orxan Nəbiyev – Trend:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstanda missiyasını uğurla başa vurub və qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.
Trend-in məlumatına görə, bunu sülhməramlı qüvvələrin komandanı Andrey Serdyukov Almatı şəhərində deyib.
Qeyd olunub ki, sülhməramlılar tərəfindən mühafizə olunan obyektlərin Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməsi başlanılıb.
Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gündən etibarən sülhməramlı kontingentin çıxarılmasına başlanacağını demişdi.
KTMT sülhməramlı kontingenti ötən həftə Qazaxıstanda baş verən iğtişaşlarla əlaqədar Qazaxıstan tərəfinin müraciəti əsasında bu ölkəyə daxil olmuşdu.