KTMT qüvvələri Qazaxıstandakı missiyasını başa vurub, obyektlər təhvil verilir – Komandan

Xəbər - Orxan Nəbiyev – Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstanda missiyasını uğurla başa vurub və qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.

Trend-in məlumatına görə, bunu sülhməramlı qüvvələrin komandanı Andrey Serdyukov Almatı şəhərində deyib.

Qeyd olunub ki, sülhməramlılar tərəfindən mühafizə olunan obyektlərin Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməsi başlanılıb.

Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gündən etibarən sülhməramlı kontingentin çıxarılmasına başlanacağını demişdi.

KTMT sülhməramlı kontingenti ötən həftə Qazaxıstanda baş verən iğtişaşlarla əlaqədar Qazaxıstan tərəfinin müraciəti əsasında bu ölkəyə daxil olmuşdu.