KTMT-nin sülhməramlıları Qazaxıstana yola salınıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri Qazaxıstana yola salınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə KTMT-nin katibliyi bildirib.

Qeyd olunur ki, Rusiyanın Hava-Desant Qoşunları sülhməramlı qüvvələrin tərkibinə daxil edilib.


Kollektiv qüvvələrin əsas tapşırıqları dövlət və hərbi obyektlərin qorunması, vəziyyətin sabitləşməsində kömək göstərilməsi olacaq.