Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri Qazaxıstana yola salınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə KTMT-nin katibliyi bildirib.
Qeyd olunur ki, Rusiyanın Hava-Desant Qoşunları sülhməramlı qüvvələrin tərkibinə daxil edilib.
Kollektiv qüvvələrin əsas tapşırıqları dövlət və hərbi obyektlərin qorunması, vəziyyətin sabitləşməsində kömək göstərilməsi olacaq.