KTMT-nin Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana göndərilib

KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzi 24-saatlıq iş rejiminə keçib, Təşkilatın Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana göndərilib.

AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə KTMT-nin Birgə Qərargahından bildirilib.

“KTMT-yə üzv dövlətlərin müdafiə qurumları ilə qarşılıqlı fəaliyyəti, KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin formalaşdırılması və yerləşdirilməsini, KTMT orqanlarının qərarlarının icrasına nəzarəti, habelə operativ, inzibati və maddi-texniki təminat üzrə qarşılıqlı fəaliyyəti əlaqələndirmək üçün KTMT Birləşmiş Qərargah rəisinin müavininin başçılığı ilə əməliyyat qrupu Qazaxıstan Respublikasına göndərilib”.


Qərargahdan bildiriblər ki, KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin 24-saatlıq iş rejimi qurulub, təşkilata üzv ölkələrin müdafiə idarələri ilə videokonfrans əlaqəsi yaradılıb.