Qazaxıstan Səhiyyə Nazirliyi etirazlar zamanı 164 nəfərin öldüyü barədə məlumatı təkzib edib

Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə kütləvi iğtişaşlar zamanı ölənlərin sayı ilə bağlı əvvəllər mətbuatda dərc edilmiş məlumatı təkzib edib.

AzerTimes-ın məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı həlak olanların sayı ilə bağlı məlumat həqiqəti əks etdirmir.

“Orda” nəşri xəbər verib ki, ölkənin Səhiyyə Nazirliyi operativ qərargahın “Telegram” kanalında statistik məlumatlarını texniki səhv adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda iğtişaşlar zamanı 3-ü uşaq olmaqla 164 nəfərin öldüyü bildirilib.