“Krokus”la eyni vaxtda daha bir terror hazırlanırmış

“Krokus”la eyni vaxtda daha bir terror hazırlanırmış

“Krokus Siti Holl”da terror aktının təşkilatçıları eyni vaxtda Mərkəzi Asiya ölkələrindən birində də terror aktı hazırlayırmış.

AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya”ya mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, terakt “Krokus”la eyni vaxtda baş verməli imiş, ancaq qarşısı alınıb.

Mənbənin sözlərinə görə, cinayətkarlar konsert zalını adi benzinlə yandırıblar:

“Konsert zalına gedərkən yanacaqdoldurma məntəqəsindən benzin alıb, plastik butulkalara doldurublar. Sonra bundan istifadə edərək zalı yandırıblar”.

Teqlər: