“Krokus”da olan azərbaycanlı müğənni… – Video

“Krokus”da olan azərbaycanlı müğənni… – Video

Rusiyada “Krokus Siti Holl”da törədilən terror aktı zamanı müğənni Ayaz Babayev də orda olub.

AzerTimes xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat yayıb.

“Bu, həyatımdakı ən dəhşətli hadisədir. Düşdüyüm çaxnaşmanı sözlə ifadə edə bilmirəm. Allaha şükürlər olsun ki, bizi oradan çıxartdılar. Həlak olanların yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Bizim maşınımız orada qalmışdı, ona görə yenidən qayıtmalı olduq. Həyatımın şokunu yaşadım”, – müğənni bildirib.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Teqlər: