“Krokus” teraktını kimlər törədə bilər? – Kriminalist

“Krokus” teraktını kimlər törədə bilər? – Kriminalist

Dünən Moskvada baş verənlər həqiqətən bütün dünyada rezonans doğuran çox dəhşətli cinayətdir.

Bu sözləri AzerTimes-a Moskvada “Krokus Siti Holl”da törədilən tertor haqqında danışan kriminalist Şəmsəddin Əliyev deyib.

Kriminalist terror aktının bir sıra xarici ölkələrin sifarişi ilə törədilməsi versiyasını istisna etməyib:

“Rusiya İstintaq Komitəsi baş verən hadisəni terror aktı kimi dəyərləndirib. Hazırda 100-ə yaxın ölü və çoxlu sayda yaralı var. Rusiya kəşfiyyatının aidiyyəti qurumları terrorçuları Bryanskda yaxaladığını açıqlayıb. Yeni üzə çıxan məlumatlara görə, silahlılar üç maşında 6 nəfər olublar. Terrorçuların tacik olduğu açıqlandı, amma Tacikistan XİN bunu təkzib etdi. Hadisə mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilib və bunları təlimatlandıranlar var. Əlbəttə ki, İstintaq Komitəsinin hansı ehtimal üzərində duracağını indidən demək mümkün deyil. Terrorçuların Rusiyaya düşmən olan hansısa ölkə və qurum tərəfindən ələ alındığını da güman etmək olar. Rusiya böyük olan ərazisinin hər bir nöqtəsinə nəzarət etməkdə çətinlik çəkir. Yəni belə böyük ərazidə bütün mənalarda nəzarəti təşkil etmək çox çətindir. Proses hələ uzun çəkəcək. İstintaq Komitəsinin aparacağı istintaq-əməliyyat və axtarış tədbirləri çox məsələləri üzə çıxaracaq. Ancaq ilkin müşahidələrimə görə, burada Rusiyaya dost olmayan ölkələrin əli var, müəyyən sifarişlər də mümkündür”.

Şəmsəddin Əliyev terrorçulara qarşı münasibətdə birmənalı şəkildə edam hökmünün tətbiqini vacib şərt hesab edib:

“Terror dünyada bəşəriyyətə qarşı ən ağır cinayət hesab olunur və heç bir halda onlara mərhəmət göstərmək olmaz. Terrorçulara qarşı sərt davranılmalıdır və onlara münasibətdə müstəsna cəza tədbirlərinin, yəni ölüm hökmünün bərpasını zəruri edir. Ortada kifayət qədər öz hərəkətinin fərqində olan, nə etdiyini anlayan, nəticəsini arzulayan və buna yetərincə hazırlaşan terrorçu qrup var. Terrorçunun milləti, Vətəni, əxlaqı olmur. Ona görə də dünyanın harasında olmasından asılı olmayaraq, terrorun cavabı mütləq formada sərt səkildə verilməlidir”.

Teqlər: