“Krokus” teraktı: Meyitlərin tanınma prosesinə başlanıldı

“Krokus” teraktı: Meyitlərin tanınma prosesinə başlanıldı

Moskvada “Krokus Sity Holl” konsert zalında baş verən terror aktı nəticəsində həlak olanların meyitlərinin tanınması proseduruna başlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Prosedur qohumların əvvəlcədən dəvət olunduğu Moskva Məhkəmə Tibbi Ekspertiza Bürosunda aparılır. Prosedurda Moskva və Moskva vilayətinin mütəxəssisləri, Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsinin əməkdaşları da iştirak edir”, – məlumatda qeyd olunub.

Teqlər: