“Krokus” bərpa olunacaqmı? – Emin danışdı

“Krokus” bərpa olunacaqmı? – Emin danışdı

“Krokus Siti Holl”un bərpa edilib-edilməyəcəyini söyləmək hələ tez olsa da, iş adamı Araz Ağalarov bu məsələni ölkənin ümumi rəyi əsasında həll edəcək.

AzerTimes xəbər verir ki, bunu “Krokus Qrup”un sahibinin oğlu Emin Ağalarov deyib.

“Krokus Holl”un əvvəlki formada bərpa olunub-olunmayacağını söyləmək, yəqin ki, tezdir. Düşünürəm ki, bu məsələ ilə bağlı atamın verəcəyi qərar, təbii ki, ölkənin ümumi fikrinə əsaslanacaq və hökumət də bizə necə davam edəcəyimizlə bağlı öz baxışlarını deyəcək. Memorial mütləq yaradılacaq: varsa yeni zalın içində, yoxdursa zalın yerində. Təbii ki, biz bütün bunları nəzərə alırıq. Ancaq hazırda bir az fərqli prioritetlərimiz var: biz zərərçəkənlərə maksimum kömək göstərmək, Müslüm Maqomayev Fondunu bu işə cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələlik ilk işlərimiz bunlardır”, – o bildirib.

Qeyd edək ki, bundan öncə kompleksin sahibi olan “Krokus İnterneşnl” şirkətinin mətbuat xidməti binanın təmir ediləcəyini açıqlamışdı.

Teqlər: