Kritik gün: Mişeldən Kiyevə növbəti müjdə

Kritik gün: Mişeldən Kiyevə növbəti müjdə

İyunun 23-də AB liderləri Ukrayna və Moldovaya AB-yə üzv olmaq üçün namizəd statusunu rəsmən verəcəklər.

AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Tvitter hesabında yazıb.

“Bu, AB üçün həlledici məqamdır. Bu, bizim bu gün edəcəyimiz geosiyasi seçimdir. Əminəm ki, biz Ukrayna və Moldovaya namizəd statusu, eləcə də Ukrayna, Gürcüstan və Moldovaya aydın Avropa perspektivi verəcəyik”, – o bildirib.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Birliyi (AB) liderlərinin sammiti başlayıb. Sammitdə Ukrayna, Moldova və Gürcüstana AB-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunur.

Teqlər: