Kriptovalyuta bazarının həcmi 3 trilyon dolları keçib

Kriptovalyuta bazarının həcmi Eterium və Bitcoin-in bahalaşması sayəsində 3 trilyon dolları keçib.

Trend xəbər verir ki, yeni rekord kriptovalyuta bazarının ötən il ərzində demək olar ki, dörd dəfə artmasının növbəti mərhələsi oldu. Bitkoinin qiyməti 5,6% artaraq 66 414 min dollara, Eterium isə 3% bahalaşıb. Binance Coin və Solana da bazar ertəsi əhəmiyyətli artım tempi nümayişş etdirib.

Nəticədə bazarın həcmi artmaqda davam edir və artıq təxminən 3,3 milyard dollar təşkil edir.

Eyni zamanda, kriptovalyuta bazarı mütəmadi olaraq dəyişkənlik nümayiş etdirir. Bundan əvvəl, Bitkoin yüksək artımdan sonra dəyərini əhəmiyyətli dərəcədə itirib.