Krımı və Donbası Rusiyaya vermək… – Zelenski

Krımı və Donbası Rusiyaya vermək… – Zelenski

Ukrayna Krımı və Donbası Rusiyaya verməyə razı olmayacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Foks Nyus”a (Fox News) müsahibəsində deyib.

O bildirib ki, Kiyev Donbas və Krımı Rusiyaya verərsə, döyüşləri dayandırmaq olar, lakin Ukrayna bununla razılaşmayacaq. Çünki bu, sülh planı deyil.

Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşməyə və onun sülh planını müzakirə etməyə hazır olduğunu da vurğulayıb:

“Gəlin Trampla danışaq və ona sülh qərarında hansı addımların olduğunu göstərmək imkanı verək. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər. Mən onunla görüşməyə hazıram”.

Teqlər: