İran yeni raketdən müdafiə sistemini təqdim edəcək

İran yeni raketdən müdafiə sistemini təqdim edəcək

İran növbəti həftə 150 ​​km-ə qədər mənzilə malik yeni “Arman” raket əleyhinə kompleksinin təqdimatını keçirəcək.

AzerTimes xəbər verir ki, bunu İran müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani deyib.

“Gələn həftə “Arman” zenit-raket kompleksinin təqdimatı keçiriləcək. Böyük imkanlara malik olan bu raket bir neçə sistemin birləşməsindən ibarət əməliyyat sisteminə malikdir”, – deyə general bildirib.

O qeyd edib ki, bu raket əleyhinə sistem 150 km-ə qədər məsafədə hədəfləri vura bilir və yüksək əməliyyat sürətinə malikdir, ona görə də ölkənin müdafiəsində mütləq mühüm rol oynayacaq.

Teqlər: