Krımı HIMARS raketləri ilə vura bilərik – Skibitski

Krımı HIMARS raketləri ilə vura bilərik – Skibitski

Ukrayna ordusu ABŞ-dan aldığı raketlərdən Krımda hədəfləri vurmaq üçün istifadə edə bilər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

O, mətbuat mənsublarının Ukrayna ordusunun Krımda hədəfləri vurmaq üçün HIMARS və M270 çoxbarrelli reaktiv yaylım atəşi sistemlərindən istifadə etmə ehtimalı ilə bağlı sualına “Bəli” cavabını verib.

Skibitski qeyd edib ki, Rusiya Ukraynada hərbi xüsusi əməliyyat çərçivəsində Rusiyanın Qara dəniz donanmasından fəal istifadə edir.

Teqlər: