Krımdakı partlayışlar rusların təchizatını pozdu

Krımdakı partlayışlar rusların təchizatını pozdu

Cankoy vilayətindəki (Krım) sursat anbarı və transformator yarımstansiyasında baş verən partlayışlar Rusiya ordusunun təchizatını ciddi şəkildə pozub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rus qoşunları Melitopol daxil olmaqla Zaporojye vilayətinin cənubundakı işğal olunmuş yaşayış məntəqələrinə qoşun və texnikanın köçürülməsi üçün Cankoydan dəmir yolu qovşağı kimi istifadə edirdilər. Hücumdan sonra Rusiya hakimiyyəti ölkədən Krıma sərnişin qatarlarının hərəkətini müvəqqəti dayandırıb”, – məlumatda deyilib.

Teqlər: