Krımda partlayan maşının azərbaycanlı sahibi danışdı – Video

Krımda partlayan maşının azərbaycanlı sahibi danışdı – Video

Krım körpüsündə partlayan yük maşınının sahibi Samir Yusubov hadisə ilə əlaqəsini inkar edir.

AzerTimes xəbər verir ki, bu barədə onun videomüraciəti Rusiyanın Teleqram kanallarında yayımlanıb.
“Mən, 1996-cı il təvəllüdlü Yusubov Samir Seymur oğlunun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur. Yük maşını mənim adıma qeydiyyatda olsa da, həmin avtomobillə əmim Mahir Nəsib oğlu Yusubov işləyir. O, bütün həyatıboyu yük daşınması ilə məşğul olub”, – videodakı oğlan deyir.

Qeyd edək ki, Rusiyanın Teleqram kanalları hazırda Samirin qohumlarının evlərində axtarışların aparıldığını, özünün isə xaricdə olduğunu bildirir.

Teqlər: