Krımda güclü partlayışlar: Nə baş verir?

Krımda güclü partlayışlar: Nə baş verir?

Krımın Sevastopol şəhərində azı 7 ardıcıl partlayış baş verib.

AzerTimes Ukrayna mediasına istinadən xəbər verir ki, partlayışlar hava hücumundan müdafiə sisteminin işləməsi ilə əlaqələndirilir.

Krım “rəhbərliyi” baş verənləri şərh etməsə də, Rusiya Müdafiə Nazirliyi bundan öncə yarımada üzərində üç PUA-nın vurulduğunu açıqlayıb.

Bundan əlavə, Krım körpüsündə gediş-gəliş bağlanıb.

Teqlər: