Rusiya hava müdafiə sistemləri Krımın Sak rayonunda pilotsuz uçuş aparatını (PUA) vurub.
AzerTimes xəbər verir ki, bu barədə Krımın “rəhbəri” Sergey Aksyonov deyib.
“Bir neçə saat əvvəl Sakda dron vurulub”, – deyə o bildirib.
Aksyonovun sözlərinə görə, HHM sistemləri mütəmadi olaraq Krım üzərində uçan dronları hədəf alır.