Zelenski Rişi Sunakla Baxmutu müzakirə etdi

Zelenski Rişi Sunakla Baxmutu müzakirə etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Rişi Sunakla cəbhədəki vəziyyət, Baxmutun müdafiəsi ilə bağlı müzakirə aparıb.

AzerTimes xəbər verir ki, bu barədə V.Zelenski Teleqram səhifəsində yazıb.

“Rişi Sunakla yaxşı söhbətimiz oldu. Cəbhədəki situasiya, Baxmutun müdafiəsi ilə bağlı məlumatlandırdım. Ən son beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi apardıq. Həmişə olduğu kimi, Ukraynaya müdafiə və iqtisadi dəstəyin gücləndirilməsi ilə bağlı konkret nəticələrimiz var. Biz Böyük Britaniyanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk!”, – deyə Ukrayna prezidenti bildirib.

Teqlər: