Krım körpüsünü dağıtmaq üçün bu silah lazımdır – Jdanov

Krım körpüsünü dağıtmaq üçün bu silah lazımdır – Jdanov

Krım körpüsünü bu gün dağıtmaq çox çətindir. Bunun üçün güclü silah lazımdır. Bu, yəqin ki, ATACMS raketləri ola bilər.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Əsas aşırımı uçurmaq lazım deyil. Körpünü dağıtmağa ehtiyac yoxdur. Əsas odur ki, onun qarşısını kəsək və körpü arteriya kimi fəaliyyətini dayandırsın. Sonra isə Krım yarımadası dalana çevriləcək. Uğurlu əks-hücum əməliyyatı olarsa, rus qoşunlarının Krıma geri çəkilməsinin mənası yoxdur. Əgər başa düşsələr ki, bu dalana dirənişdir, onda Mariupol, Novoazovsk, Rostov vilayətinə, Şaxtinskə geri çəkilmək onlar üçün daha sərfəlidir. Körpüdə həm avtomobillər, həm də qatarlar üçün hərəkətin qarşısını almaq vacibdir. Hərbi infrastrukturun dağıdılması davam etdirilməlidir. Bu, yarımadanı silahsızlaşdırılmış zonaya çevirəcək”, – o bildirib.

Teqlər: