Kremlin Qarabağdakı “seçkilər”ə hələ də fikir bildirməməsi…

Kremlin Qarabağdakı “seçkilər”ə hələ də fikir bildirməməsi…

Rusiyanın Qarabağda keçirilmiş qeyri-qanuni “seçkilər” haqqında hələ də fikir bildirməməsi açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünü tanımamaqdır. Hələ bu azmış kimi təəssüflənir ki, Qarabağın Azərbaycana verilməsində əsas günahkar Nikol Paşinyandır.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Moskva münaqişədən məqsədinə çatmaq üçün yararlanmaq istəyir:

“Rusiya bu prosesdə çox mənfi rol oynayır. Bölgədəki silahlı qrupları qızışdırıb, Azərbaycana qarşı qaldırmaq istəyir. Bunun nəticəsində də qarşıdurmanın miqyasını genişləndirir, bölgədə qalmasını bir növ əbədiləşdirməyə çalışır. Rusiyanın bu ərazilərdən çıxarılması bölgəyə sülh və əmin-amanlıq gətirəcək”.

Teqlər: