Kremlin Nikola cavabı belə olacaq – Markov

Kremlin Nikola cavabı belə olacaq – Markov

Ermənistanda “Sputnik” radiosunun yayımı dayandırılıb. Bu, Ermənistan rəhbərliyinin açıq-aşkar antirusiya addımıdır.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Amma Rusiyadan sərt cavab olmayacaq. Çünki Paşinyan bununla Moskvanı sərt davranmağa təhrik edib, bu sərt cavabdan erməni əhalisi arasında kütləvi antirusiya təbliğatı aparmaq üçün istifadə edə bilər. Bunun hesabına da Ermənistanda ictimai rəyi rusiyapərəstlikdən antirusiyaya çevirər. Bu zaman da bütün gücü ilə xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb, Ermənistanı ABŞ, Fransa, AB, NATO simasında Kremlin düşmənlərinə doğru apara bilər. Ona görə də Rusiyanın cavabı çox, çox yumşaq olacaq. Hansı ki, bu halda daha uyğundur”, – o bildirib.

Teqlər: