Rusiya istənilən vaxt Ukraynada müharibəni dayandıra bilər, lakin bu hələ baş vermir.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Culian Smit deyib.
O qeyd edib ki, ABŞ və NATO Rusiya Prezidenti Vladimir Putinin strateji planlarını dəyişdirmək üçün Moskvaya hər cür təzyiq göstərməyə çalışır:
“Rusiya təcrid olunub. NATO yeni üzvlər əlavə edir, Putin isə öz iqtisadi göstəricilərinin getdikcə zəiflədiyini və azaldığını görür. Ona görə də məncə, Rusiya sonradan bunun mahiyyətcə strateji uğursuzluq olduğunu başa düşəcək. Lakin bunun bir neçə həftə və ya ay, yoxsa daha uzun olacağını söyləmək çətindir”.
Smit vurğulayıb ki, ABŞ yalnız Ukrayna qoşunlarını qələbə çalması üçün dəstəkləməyə diqqət yetirir.
Onun sözlərinə görə, dondurulmuş hərbi münaqişə imkanlardan biridir və Rusiya tez-tez belə “texnikaya” əl atır.