Kim Çenin nüvə hədəsinə BMT-dən reaksiya

Kim Çenin nüvə hədəsinə BMT-dən reaksiya

Şimali Koreya lideri Kim Çen İnin nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı səsləndirdiyi bəyanatlar qəbuledilməzdir.

AzerTimes xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Bu cür ölümcül silahlardan istifadə ilə bağlı ölkələrin hər hansı ritorikasına qarşıyıq. Bundan əlavə, biz Pxenyanı nüvə silahından imtina ilə bağlı danışıqları bərpa etməyə səsləyirik”, – F.Haq deyib.

Qeyd edək ki, bundan əvvəl Kim Çen Koreya müharibəsinin başa çatmasının 69-cu ildönümü ilə bağlı rəsmi bəyanatında Seulu təhdid edərək, nüvə silahı ilə zərbə endirməyə hazır olduğunu bildirib.

Teqlər: