Kremldən Zalujnının istefası xəbərinə reaksiya

Kremldən Zalujnının istefası xəbərinə reaksiya

Kreml Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının mümkün istefası ilə bağlı vəziyyəti izləyir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Təbii ki, izləyirik. Hələ çoxlu suallar var. Bir şey aydın olaraq qalır: Kiyev rejiminin çoxlu problemləri var. Bu, dəqiqdir”, – o bildirib.

O əlavə edib ki, uğursuz əks-hücum və cəbhədəki problemlər Kiyev rejiminin nümayəndələri ilə ölkənin hərbi rəhbərliyi arasında ziddiyyətlərin artmasına səbəb olur:

“Xüsusi hərbi əməliyyat uğurla davam etdikcə bu ziddiyyətlər artacaq”.

Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi.

Teqlər: