Kreml üçün ağlasığmaz məğlubiyyət… – Jdanov

Kreml üçün ağlasığmaz məğlubiyyət… – Jdanov

Ruslar fasiləsiz olaraq ehtiyat qüvvələrini Kleşiyevkaya göndərirlər. Onlar artıq Luqansk vilayətindən, Kupyansk-Liman əməliyyat istiqamətindən alayları da ora göndərməyə başlayıblar.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bu, Priqojinin irsidir. O, elə bir siyasi-ideoloji büt yaratmışdı ki, guya Baxmut Rusiyanın Ukraynada qazandığı ən böyük qələbədir. İndi bu şəhəri də vermək istəmirlər, ona görə də Andreyevka-Kleşiyevka-Kurdyumovka xəttini hər vasitə ilə əllərində saxlamağa cəhd edirlər. Düşmən başa düşür ki, əgər biz bu istiqamətdə cəbhəni yarsaq, Baxmut da daxil olmaqla Soledara kimi irəliləyəcəyik. Bu, Kreml üçün ağlasığmaz məğlubiyyət olacaq. Ona görə də, onlar böyük itkilərə gedirlər ki, buradan geri çəkilməsinlər”, – Jdanov bildirib.

Teqlər: