Rusların xəbər kanalları, Kremlin sözçüləri Nensi Pelosinin Tayvana səfərini pisləyir, Tayvanı tanınmamış “ölkə”, ABŞ-ın addımını isə provokasiya adlandırır və tanınmamış bir “ölkəyə” heç bir rəsmi şəxsin səfər etməyə haqqı olmadığını deyirlər.
AzerTimes xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli ABŞ Nümayəndələr Palatasının sədri nensi Pelosinin Tayvana səfəri ətrafında baş verən qalmaqala nümasibət bildirərkən deyib.
O bildirib ki, Rusiyanın tanınmamış ölkəyə rəsmi şəxslərin səfərini pisləməsi alqışlanasıdır:
“Amma Rusiya özü hər şeyi tərsinə edir! Tanınmamış Abxaziya və Cənubi Osetiyaya, sonra da “dxr/lxr”ə nəinki rəsmilərini göndərirdi, hətta qoşun çəkib işğal etdi. Daha fərqli bir mənzərə: Xankəndidə bəslədiyi qondarma rejimlə Moskva rəsmiləri ora səfər edib görüşürlər, Qarabağda yerləşən “rusməramlılar” Xankəndiyə kimi gəldi – Bakının icazəsi və bilgisi olmadan – buraxırlar. Bəs buna nə deyəsən?! Rusiyanın ən böyük zəif nöqtəsi tutarsızlığıdır, dediyi ilə əməli həmişə 180 dərəcə fərqlənir, ona görə də qeyri-ciddi və aqressiv, təklənmiş ölkəyə çevrilib”.
Ekspert Pelosinin səfərini də qınayıb:
“ABŞ hakimiyyəti görün nə vəziyyətə qalıb ki, Demokratlar Partiyasının payızda ara seçkiləri uduzmaması üçün belə ucuz addımlarla reytinq yığmağa çalışır, hətta “danışılmış döyüşə” də bənzəyir: Çinə demokratlar daha sərf edir, respublikaçıkarın, “trampistlərin” payızda qələbəsi Çin üçün arzuolunan deyil.
Ümumiyyətlə, Qərbin son 50 ildə ən böyük hədəflərindən biri SSRİ (sonra da Rusiya) ilə Çinin yaxınlaşmasına imkan verməmək idi – amma son 6-7 ildə hər şeyi etdilər ki, bu iki “monstr” daha da yaxın olsun. Bu, səhvdir, yoxsa düşünülmüş taktika?”