Rusiya XİN: Tayvan Çinin tərkib hissəsidir!

Rusiya XİN: Tayvan Çinin tərkib hissəsidir!

Moskva ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini aşkar təxribat kimi qiymətləndirir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayımlanan məlumatda deyilir.

Bildirilib ki, Tayvan boğazı ilə bağlı tərəflər arasında münasibətlər sırf Çinin daxili işidir. Çin tərəfinin Tayvan məsələsində öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görmək hüququ var.

“Rusiyanın prinsipial mövqeyi dəyişməz olaraq qalır: biz yalnız bir Çin olması faktından çıxış edirik. ÇXR hökuməti bütün Çini təmsil edən yeganə legitim hökumətdir, Tayvan isə Çinin ayrılmaz tərkib hissəsidir”, – bəyanatda deyilir.

Teqlər: