Kreml Rusiya və Ukrayna prezidentlərinin görüşünü təkzib etmir

Moskva Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti
Volodimir Zelenski arasında görüş imkanını təkzib etmir.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov deyib.

O bildirib ki, görüş yalnız iki ölkə nümayəndə heyətlərinin
danışıqları çərçivəsində sənədin razılaşdırılması baş tutduqdan
sonra keçirilə bilər.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti jurnalistlərə
açıqlamasında rusiyalı həmkarı ilə görüşə hazır olduğunu
bildirmişdi.

(Tərcümə: Orxan Nəbiyev)