Kreml Putinin cədvəlini G20-yə görə dəyişir

Kreml Putinin cədvəlini G20-yə görə dəyişir

Kreml Rusiya Prezidenti Vladimir Putinin cədvəlini 2023-cü ilin sentyabrında Hindistanda keçiriləcək G20 liderlərinin sammitində iştirak edə bilməsi üçün dəyişir.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” nəşri planla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yekun qərar verilməsə də, Kreml hazırda Rusiya liderinin G20 sammitində iştirakını planlaşdırır.

Qeyd edək ki, Vladimir Putin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı gərginliyin artmasına görə əvvəlki iki sammitdə iştirak etməyib.

Teqlər: