Ümid edirəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə təhlükəli oyun oynadığını başa düşür.
AzerTimes xəbər verir ki, bunu erməni əsilli rusiyalı mediamenecer Aram Qabrelyanov Teleqram kanalında yazıb.
“Əgər Nikol son bəyanatlardan sonra sülh müqaviləsinin rus variantından imtina edib “Vaşinqton ssenarisi” üzrə Qarabağı “təslim etsə”, o zaman Rusiyanın əli açılacaq. Kreml erməni xalqının hakimiyyəti dəyişmək hüququnu qoruyacaq”, – o bildirib.