285-ci gün: Rusiyanın itkiləri açıqlandı

285-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 285-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 91 690 hərbçi, 2 924 ədəd tank, 5 900 ədəd zirehli döyüş maşını, 1 914 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 497 ədəd avtomobil texnikası, 1 582 ədəd PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi avadanlıq itirib.

Teqlər: