Krasnodar hava limanı bağlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Krasnodar şəhərində güclü qar yağması ilə əlaqədar hava limanı bağlanıb.

Trend-in məlumatına görə, bu barədə hava limanının mətbuat xidməti bildirib.

Qeyd olunur ki, aeroport Bakı vaxtı ilə saat 12-dək bağlı qalacaq. Hazırda orada uçuş-eniş zolaqlarının qardan təmizlənməsi davam etdirilir.


Gecə saatlarənda Krasnodar hava limanında 20-yə yaxın reys təxirə salınıb.