Kraliça öldü, respublika rejiminə keçək – Çağırış

Kraliça öldü, respublika rejiminə keçək – Çağırış

Avstraliyada II Yelizavetanın ölümündən bir neçə saat sonra konstitusiya monarxiyasından respublika rejiminə keçid etməklə bağlı çağırış edilib.

AzerTimes xəbər verir ki, bu barədə Avstraliyanın Yaşıllar Partiyasının lideri Adam Brandt Tvitter hesabında yazıb.

“Dünya kraliçası II Yelizaveta, rahat uyu. Ancaq indi Avstraliya irəli getməlidir. Ona görə biz yerli xalqlarla respublikaya çevrilmək üçün müqavilə imzalamalıyıq”, – o bildirib.

Qeyd edək ki, bu çağırış ictimaiyyət tərəfindən etirazla qarşılanıb və siyasətçidən mərhum kraliçaya hörmətlə yanaşmağı tələb ediblər.

Teqlər: