Kral da Bakıya dəvət olundu

Kral da Bakıya dəvət olundu

Aprelin 26-da Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasir Burita ilə görüşüb.

Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyindən AzerTimes-a bildirilib ki, görüş zamanı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı dəvət məktubu N.Buritaya təqdim olunub.

Teqlər: