“Kovid amnistiyası” ola bilərmi? – Vitse-spiker

“Kovid amnistiyası” ola bilərmi? – Vitse-spiker

Xəbər verdiyimiz kimi, 1 iyun tarixindən Moskva və Gürcüstanda kovid amnistiyası qüvvəyə minib. Moskvada nəinki cərimələr ləğv edilib, hətta sakinlər ödədikləri cərimələri belə kompensasiya şəklində geri alacaqlar. Bəs, Azərbaycanda belə qərar gözlənilirmi?

Bununla bağlı AzerTimes-a danışan Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli bildirib ki, 8 Noyabr – Zəfər günü münasibətilə 5 noyabr 2021-ci il tarixli sonuncu amnistiya aktı qəbul edilərkən koronavirus pandemiyası ilə bağlı vəziyyət hələ gərgin mərhələdə idi.

Onun sözlərinə görə, bu baxımdan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində olan müvafiq maddələrin amnistiyanın təsir dairəsinə salınması məqsədəuyğun hesab edilməmişdir:

“Gələcəkdə bu qəbildən olan məsələlərin müzakirəsi zamanı COVİD-19 pandemiyası ilə mübarizənin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınacaqdır”, – deputat deyib.

Teqlər: