Kosova AB-yə üzvlük ərizəsini imzaladı

Kosova AB-yə üzvlük ərizəsini imzaladı

Kosova Avropa Birliyinə (AB) üzvlük ərizəsini imzalayıb.

AzerTimes xəbər verir ki, üzvlük ərizəsi Prezident Vyosa Osmani, Baş nazir Albin Kurti və parlamentin sədri Qlyauk Konyufça tərəfindən imzalanıb.

Osmani bildirib ki, Kosova vətəndaşları üçün AB-yə üzv olmaqdan başqa alternativ yoxdur.

“Kosova AB-nin bir hissəsi olmağa layiqdir”, – prezident bildirib.

Teqlər: